"Xəzri" gərgin mübarizə şəraitində keçən oyunda 63:61 hesablı qələbə qazanıb. Komandalar arasında 2-ci duel mayın 11-də keçiriləcək. İki matçın yekununda bərabərlik olarsa, komandalar mayın 13-də də üz-üzə gələcək. Oyunla bağlı fikirlərini öyrənmək üçün "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Üçxallıq atışları çox zəif yerinə yetirdik, ötürmələrdə çox səhv etdik. Bacardığımız qədər seriyanın axarını dəyişməyə çalışacağıq. İnanırıq ki, ikinci görüşdə hər şey dəyişəcək. Səhvlərimizi təhlil edib, üzərində çalışacağıq".
GÜNAY SÜLEYMANOVA