Naxçıvan, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Naxçıvan şəhərinin Heydər Əliyev prospekti boyunca hərbi marşın sədaları altında yürüş təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yürüşə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ictimaiyyət nümayəndələri, gənclər qoşulublar. İştirakçılar üçrəngli Dövlət Bayrağımızı dalğalandırıb, vətənpərvərlik ruhunda şüarlar səsləndiriblər.