Mbappe "Real"la bağlı sualdan yayındı
PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə qarşılaşmada "Real Madrid"ə dəstək olub-olmayacağı ilə bağlı sualdan sonra jurnalistlərlə söhbət etdiyi qarışıq zonanı tərk edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" nəşri yazır.
Mbappe gözlərini yumaraq müsahibəni tərk edib.
PSJ Çempionlar Liqasının hər iki yarımfinal oyununda Dortmund "Borussiya"sına uduzub - 0:1, 0:1. Yarımfinalın digər qarşılaşmasında "Real Madrid" "Bayern"i qəbul edəcək.
İlk matç 2:2 hesabı ilə başa çatıb.