RU

Gürcüstanın Fransadakı səfiri İSTEFA VERDİ

Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili xarici agentlər haqqında qanuna görə istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

“Mən artıq bu istiqamətdə öz rolumu və resursumu görmürəm: Avropaya gedib Avropadan müdafiə olunmaq.

Reinkarnasiya edilmiş qanun layihəsi (xarici agentlər haqqında) ilə bağlı dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaranmış vəziyyət və əhval-ruhiyyə mənim Gürcüstanın Fransadakı səfiri kimi missiyamı son dərəcə çətinləşdirir”, –  səfir qeyd edib.

Mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. Mayın 13-də üçüncü, sonuncu oxunuşda baxılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
interpress.az

1Источники