RU

Azərbaycanda icra başçısının müavini vəfat etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

“Report”un məlumatına görə, icra başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
43
Источники
Комментарий ()
Закрывать

Рейтинг