Bu gün UEFA Avropa Liqasının final cütü bəlli olacaq.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə İtaliya təmsilçisi "Atalanta" Fransanın "Marsel" klubunu qəbul edəcək.
Komandalar arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer"in qonağı olacaq. Bu cüt arasındakı ilk görüşdə Leverkuzen təmsilçisi 2 cavabsız qolla rəqibini üstələyib.
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtilə saat 23:00-da start götürəcək.