RU

Putin Paşinyanla hansı məsələləri müzakirə edir?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara başlayıb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Avrasiya İqtisadi Birliyinin yubiley sammitindən sonra baş tutub.

Ermənistanın baş naziri Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli və regional əlaqələrin mühüm aspektlərini müzakirə edəcəyinə ümid etdiyini bildirib.

“Sonuncu dəfə keçən ilin dekabrında görüşmüşük, ondan sonra müzakirə edilməli olan çoxlu məsələlər yığılıb"-, deyə Paşinyan vurğulayıb.

Putin isə qeyd edib ki, 2023-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 7 milyard dolları ötüb.

“Son bir il ərzində ticarət dövriyyəsinin artımı çox əhəmiyyətli həcmdə olub və bu, daha çox Ermənistanın bizə ixracının artması ilə bağlıdır”.

Daha sonra görüş qapalı formatda davam edib.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
212
35
teleqraf.com

10Источники