RU

Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO

Gürcüstanın şərqindəki Qoridə güclü yağışlar nəticəsində bir neçə kənd su altında qalıb.

Məlumata görə, çay sahillərinin daşması nəticəsində 70-ə yaxın yaşayış binasının birinci mərtəbələri və həyətyanı sahələri, həmçinin torpaq sahələri və bağ yataqlarını da su basıb.

Artıq xüsusi xidmət orqanları fəsadları aradan qaldırmağa başlayıblar. Qeyd olunub ki, yağıntıların artması ilə vəziyyət daha da mürəkkəbləşə bilər, ona görə də bütün idarələr səfərbər olublar.

Mənbə: Sputnik Gürcüstan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
1
oxu.az

2Источники