RU

SOCAR Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır və bu ölkədə daxili qazpaylayıcı şəbəkənin inkişafı üzərində işləyir.

Bunu “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bu gün SOCAR ilə Bolqarıstanın “Asarel Investment” şirkəti arasında Memorandum imzalanıb ki, bu da “SOCAR Balkany”nın Bolqarıstandakı biznesinin inkişafında daha bir addım deməkdir: “İndi biz Bolqarıstandakı mövcudluğumuzu genişləndirmək və son istehlakçılarla işləmək üçün imkanları araşdırırıq. Bu məqsədlə biz Bolqarıstanda daxili qazpaylayıcı şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq”.

M.Heydərov əlavə edib ki, enerji seqmenti iki ölkə arasında əməkdaşlığın mühüm komponentlərindən biridir.

© Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
137
13
marja.az

10Источники