RU

Baqratın dəstəsi sabah İrəvanın mərkəzində olacaq

Ermənistanda Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın təsis etdiyi “Vətən uğrunda Tavuş” hərəkatı sabah İrəvandakı “Respublika” meydanında aksiya keçirəcək.

“Bizim bu hərəkat təbii meydana gələn, müəyyən gündəmi olan, addım-addım irəliləyən hərəkatdır. Bu hərəkatın heç bir rəngi yoxdur” – deyə, Baqrat jurnalistlərlə söhbətində bildirib.

Baş nazir Nikol Paşinyanın hərəkatı ikinci prezident Robert Köçəryanla əlaqələndirməsinə cavab verən keşiş deyib: “ O, (Paşinyan – red.) nə istəyir deyir, özlərini də, ətrafdakıları da aldadır”.

Baqrat hərəkatın gündəliyi ilə bağlı təfərrüatları açıqlamayıb və hər zaman deyəcək sözü olduğunu qeyd edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
40
azpolitika.info

10Источники