Bakı. Trend:
Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan RespublikasınınPrezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızınÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarıönünə əklil qoyub.
Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifəxanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllərdüzülüb.
Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmışhəkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələriqoyub.