RU

İndi hər şey Ermənistanın sülhə nə qədər hazır olmasından asılıdır



Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün real imkanlar və şərait var. Hər halda indiki vəziyyət Qarabağda antiterror tədbirlərinin keçirilməsindən əvvəlki vəziyyətdən kəskin şəkildə fərqlənir. O zaman sülh sazişi ilə bağlı ən problemli məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və bu xüsusda hansas beynəlxaq zənamən adı altında xarici qüvvələrin regiona yerləşdirilməsi istiqamətində Ermənistanın təkidlərindən ibarət idi. Antiterror tədbirlərindən sonra vəziyyət dəyişdi və həm Ermənistan, həm də beynəlxaq birlik Azərbaycanın hər hansı təzyiq vasitəsilə öz qərarlarından geri addım atmayacağını başa düşdü.

İndi isə, xüsusən də delimitasiya və demorkasiya komissiyasının sərhədlərin delimitasiyası ilə bağlı razılaşdırma protokolunun imzalanması və delimitasiya ilə yanaşı demorkasiya işlərinə də başlanıldığı bir vaxtda tərəflər arasında sülhün əldə olunması üçün daha yaxşı imkanlar yetişib. Ortada həll olunmayan əsas prinsipial məsələ Zəngəzur dəhlizi, başqa szölə nəqliyyat kommunikasiya əlaqələrinin blokadadan çıxarılmasıdır və düşünürəm ki, 10 noyabrda Almatıda keçiriləcək görüşdə əsas müzakirə predmeti də məhz elə bu məsələ olacaq və tərəflər ortaq məxrəcə gələ biləcəklər.
Ondan sonra özündə Ermənsiatanın Konstitusiya dyişikliklərinə gedəcəyi ilə bağlı öhdəlikləri nəzərdə tutan sülh sazişi və ya sülh sazişin qədər həmin öhdəliklərin icrasını tələb edən çərçivə sazişi imzalana bilər.

Hər halda indi hər şey Ermənistanın sülhə nə qədər hazır olmasından və xaricdən gələn təzyiqlərə hansı dərəcədə dirəniş göstərə biləcəyindən asılıdır. Əgər Paşinyan münaqişənin davam etməsinin özünün Cənubi Qafqaz maraqlarının təmin etmək imkanı kimi görən Fransa kimi ölkələrin maraqlarından çıxış etmək əvəzinə Ermənistan maraqlarından çıxış edəcəksə o zaman sülhlə bağlı həra hansı problem qalmayacaq.

Yusif Bağırzadə, politoloq

Newscenter.az üçün
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
196
50
newscenter.az

10Источники