RU

Ermənistanın bu haqda danışmağa mənəvi haqqı yoxdur-Vüqar Əhmədov- ÖZƏL

"Əsir və girov məsələsində Azərbaycan hər zaman ədalətli və beynəlxalq hüquqa və humanizm prinsipinə uyğun davranıb, Ermənistan isə bu məsələdə saxtakarlıq edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"İkinci Qarabağ müharibəsindən sonra qalib tərəf Azərbaycanın bütün əsir və girovları Ermənistan tərəfinə təhvil verdiyi tarix elə uzaqda deyil. Hətta  Azərbaycan ictimai rəyində belə bir fikir var idi ki, Azərbaycan bu məsələdə həddindən daha çox humanizm göstərir, lakin Azərbaycan dövləti bunu ona görə edirdi ki, qarşı tərəf də bununla bağlı addımlar atsın. İndi Ermənistan tərəfinin 1-ci Qarabağ müharibəsi dövründə itkin düşmüş girov və əsirlər haqqında danışmağa mənəvi haqqı yoxdur, aydındır ki, bu tərəflər arasında gedən danışıqlar prosesində Ermənistanın öhdəliklərdən yayınmaq üçün bəhanəsidir".

Siyasi şərhçi qeyd edir ki, 1-ci Qarabağ müharibəsində ən çox əsir və girov Azərbaycan tərəfdən olub:

"4 minə yaxın azərbaycanlının taleyi hələ də məlum deyil, bu məsələdə təəssüf ki, qarşı tərəf heç bir humanizm nümayiş etdirmədi, o zamanlar Azərbaycanın beynəlxalq dəstəyə daha çox ehtiyacı olduğu zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi də ermənilərlə əlbir oldu, əsir düşən mülki əhalimizlə baglı məlumatları Azərbaycan tərəfə çatdırmırdılar. İşğal dövründə Qarabağda, Şuşada Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair yeni faktlar meydana çıxdı, bununla bağlı yüzlərlə şahidlərin ifadəsi var. Digər tərəfdən də ən birinci Azərbaycan tərəfi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələni qaldırıb  və bu məsələyə həssas yanaşıb, lakin Ermənistan hər zaman bu məsələyə etinadsız münasibət göstərib. Ermənistanın öhdəliklərindən biri Azərbaycanlı itkin və əsirlər haqqında məlumat verməkdir, çünki ən böyük əsir və itkin düşmüş vətəndaşlar 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən olub. Lakin biz görürük ki, Ermənistan bu məsələdə heç beynəlxalq hüquqa da məhəl qoymur, üzərinə götürdüyü öhdəliklərə riayət etmir, yalnız və yalnız bu mövzu üzrə manipulyasiya ilə məşğuldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
olaylar.az

1Источники