Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in nümayəndələri hər il olduğu kimi, bu il də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günündə onun məzarını ziyarət edib.
Missiya.Az xəbər verir ki, ziyarətdə TAİB rəhbərliyi və təşkilatın Qadınlar Şurasının və Gənclər Təşkilatının təmsilçiləri iştirak edib. Ziyarətdə Ulu Öndərin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Birliyin nümayəndələri Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə güllər qoyublar.
Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in sədri, akademik Sudeif İmamverdiyev bildirib ki,Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu daim xatırlanacaq. Heydər Əliyev hakimiyyətdə olduğu ilk günlərdən öz xalqının dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu dövrlərdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub.Sudeif İmamverdiyev xüsusən də TAİB-in Gənclər Təşkilatının nümayəndələrinə Ümummilli Liderin xalqımız qarşısındakı fədakarlığından söz açaraq, ulu öndərin yüksək insanı keyfiyyətlərinin hər bir gənc üçün dəyərli nümunə və əxlaq məktəbi olacağını xatırladıb.
Missiya.Az
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта