RU

Tomas Tuxel “Real”la cavab oyunundan gözləntilərini paylaşdı

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalında “Real”la cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, tərəflər arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Düşünürəm ki, bu oyun dalğalı keçəcək. Fərqli kəsimlər olacaq. Hər iki komanda zaman-zaman dözməli olacaq. Hər iki komanda topla parlaq surətdə oynayır və sürətli keçidlərdə çox güclüdür. Düşünürəm ki, çox çətin oyun olacaq. Gedişatı təyin edəndə sizə uğurlar və yaxşı səmərə gərəkdir”, – UEFA-nın rəsmi saytı alman mütəxəssisin oyun barədə fikirlərini sitat gətirir.

Tomas Tuxel həmçinin görüş ərəfəsində kamandasının oyunçularına oyunla bağlı verdiyi tapşırıqlar haqda danışıb:

“Mövzulardan biri, bugünkü kimi günlərdən həzz almağımızı ehtiva edir. Daxilinizdəki uşağı dinləmək və uşaqlıqda hamımızın belə oyunlarda iştirak etməyi xəyal etdiyimizi başa düşmək vacibdir. Amma bu, bizim hər şeyimizi verməyə mane olmayacaq”.

Alman mütəxəssis hazırda rəqib düşərgədə çıxış edən, “Bayern”in alman sabiq mərkəz yarımmüdafiəçisi Toni Kroosun “Real”dakı rolu barədə söhbət açıb:

“Toni uzun illərdir ki, əsas oyunçudur. Onun rolunu qiymətləndirməmək olmaz. O, təzyiqi asanlıqla idarə edir. O, nəbzi rahatlıqla təyin edir. Biz buna hazırıq və ümidvarıq ki, onun yaxşı yağlanmış kombinasiyalı oyununda qum dənəsinə çevrilə bilərik. Amma biz təkcə Toniyə qarşı oynamırıq, onun çox yaxşı hazırlanmış bütün komandasına qarşı oynayırıq. Oyun çoxşaxəlidir, ona görə də qarşımızda çox çətin tapşırıq var”.

Xatırladaq ki, “Bayern” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Real”a qarşı oyuna bu gün, mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda çıxacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Daha əvvəl Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırımış Dortmund “Borussiya”sı finalda rəqibini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
36
arena.az

10Источники