RU

Casus proqramı nədir?

Casus proqramları istifadəçinin icazəsi olmadan kompüterdən məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş zərərli proqramlardandır.

Olaylar xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu proqramlardan qorunmaq üçün isə siz mütəmadi olaraq cihazlarınızın skanını həyata keçirməli, antivirus proqramlarından istifadə etməli, eləcə də qeyd olunan digər məqamlara diqqət yetirməlisiniz.

Təhlükəsizliyiniz üçün:

1) Antivirus proqramlarından istifadə edin. Antivirus proqramları potensial təhlükələri aşkar etmək və aradan qaldırmaq üçün yaxşı vasitədir.

2) Zərərli proqramlar, o cümlədən casus proqramlar üçün cihazınızın müntəzəm skanını həyata keçirin.

3) Etibarsız və ya tanış olmayan mənbələrdən program təminatı yükləməkdən çəkinin.

4) Proqramı yükləyərkən rəyləri oxuyun və proqram təminatçısının göstəricilərinə nəzər yetirin.

5) Əməliyyat sisteminizi, brauzerinizi, antivirus və digər proqramlarınızı ən son təhlükəsizlik yenilikləri ilə güncəl saxladığınızdan əmin olun.

6) Şübhəli linklərə klikləməkdən və naməlum e-poçtlardan əlavələri yükləməkdən çəkinin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
olaylar.az

1Источники