Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilir.
Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.