RU

"Azercell Telekom" vətəndaşlara necə FIRILDAQ GƏLİR? - Müştəri narazılığı, etinasızlıq... - ŞOK FAKTLAR

Azərbaycanda mobil operatorların fəaliyyətindən narazılıq daim var. Heç şübhəsiz milyonlarla müştəri ilə işləmək asan məsələ deyil, bu və digər operatorun fəaliyyəti heç də hamını razı sala bilməz. Lakin fəaliyyətindən kütləvi narazılıqların olduğu operatorlar hər halda bu narazılıqları aradan qaldırmağa və öz müştərilərinə layiqincə xidmət etməyə məcburdurlar. Lakin təəssüflər olsun ki, bizdə tam əksidir.


Azərbaycanda ən çox şikayət olunan müəssisə cəmiyyətə qapalı olmağa, narazılıqlara əhəmiyyətsiz yanaşmağa davam edir ki, bunlardan biri də  “Azercell" operatorudur. GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkəti "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Hazırda bazardakı rəqiblərini üstələyən “Azercell” belə görünür ki, müştəri narazılıqları ilə də rəqiblərindən öndə qərarlaşıb.


“Azercell” hər nə qədər ölkənin telekommunikasiya və mobil rabitə sahəsində aparıcı şirkətlərdən birinə çevrildiyini iddia etsə də, şirkətin fəaliyyətində qüsurlar həddən artıq çoxdur. Yaxın keçmişdə (2024-cü ilin mart-aprel ayları) “Azercell Telekom” MMC barəsində inzibati iş başlanıb. Şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilib.


Zaman-zaman “Azercell”in təklif etdiyi paketlərin qiyməti qalxır, lakin bununla bərabər “Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb. Azərbaycanda mobil telefon istifadəçilərinin sayı günü-gündən artır. Ölkədə 3 mobil operatorun xidmətindən bəhrələnən abonentlərin sayı artsa da, bu sahədə abonentlərin qarşılaşdıqları problemlər illərdir ki, həllini tapmamış qalır. Bu gün Azərbaycanda istehlakçı hüququnu ən çox pozanlar məhz mobil operatorlardır desək yanılmarıq. Hətta mobil operatorlar içində “Azercell”dir, desək ümumiyyətlə, yanılmarıq.


 “Azercell Telekom” 2024-cü ilə yeni tariflərlə başlayaraq internet paketlərinin qiymətini artırıb. Qiymət artımı yanvarın 8-də nəzərdə tutulsa da, bu müddət uzadılıb. Belə ki, “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketləri ilə bağlı qiymət dəyişikliyi fevralın 19-dan tətbiq edilib. Yenilik nəticəsində hazırda mövcud olan bəzi internet paketləri ləğv edilir və daha baha qiymətə yeni paketlər təqdim edilir.


2024-c ilin ilk 5 ayını nəzərə alsaq, bu müddət ərzində “Azercell” mobil operatorun xidmətindən şikayətlərin sayında ciddi artım olub. İlin yenicə girməyinə baxmayraq şirkətin məhkəmə qalmaqalından tutmuş mobil internetin verilməsində kəsintilərin yaranmasına kimi bir çox problemlər ortaya çıxıb. Sözügedən mobil operatorla bağlı növbəti şikayəti “Huner Group”un PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev edib.


N.Paşayev sosial şəbəkədə paylaşdığı şikayətdə qeyd edir: “Hörmətsiz Azercell! Ödəniş olunmazsa Tarif paketi bitən saniyədə xidməti dayandırırsınız. Yaxşı eliyirsiniz. Bəs niyə pulu ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz”.

 

Onun sözlərinə görə, ödəniş olunub, tarif paketi yenilənib, danışıq dəqiqələri verilib, amma internet yox: “Niyə? 4 gündür eyni sözü deyirsiniz - müraciətiniz texniki şöbəyə yönləndirilib və təcili olduğu qeyd edilib. Hətta paketdəki danışıq dəqiqələrini də ancaq sizə xərcləmişik”.


“Azercell”lə bağlı şikayətlər nə ilkdir, nə də sondur. Bu mobil operatorla bağlı zaman-zaman istər məşhur şəxslər, istərsədə böyük şirkətlərin təmsilçiləri tərəfindən şikayətlər olunur. “Azercell” rəhbərliyi mobil internetin kəsintisində və vətəndaşlarla bağlı yaranan anlaşılmazlıqları keçici problemlərlə  əlaqələndirib texniki şöbənin üzərinə atsa da, itirilmiş etibarını və müştərilərin güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki xeyr. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
138
oxu.az

1Источники