ÇL: “Dortmund” PSJ-ni yenə məğlub etdi, finala çıxdı – Video
“Borussiya Dortmund” Çempionlar Liqasının finalına yüksəlib. Yeniavaz.comxəbər verir ki, Almaniya təmsilçisi yarımfinal mərhələsinin cavab oyununda Fransa çempionu PSJ-ni səfərdə 0:1 hesabı ilə məğlub edib. Oyundakı yeganə qolu 50-ci dəqiqədə almaniyalı müdafiəçi Mats Hummels vurub.
Xatırladaq ki, Almaniyada keçirilən ilk görüş də “Borussiya”nın eynihesablı qələbəsi ilə başa çatmışdı. Bu gün – mayın 8-də finala digər vəsiqə uğrunda “Real Madrid” və “Bavariya” komandaları mübarizə aparacaq. Onların Münhendəki ilk görüşü 2:2 hesablı bərabərliklə başa çatıb. Qeyd edək ki, “Borussiya Dortmund” üçüncü dəfə əsas avrokubok turnirinin finalında çıxış edəcək. Sonuncu dəfə bu, 2013-cü ildə baş verib. Həmin vaxt “Borussiya” “Bavariya”ya uduzmuşdu. 1997-ci ildə isə finalda Turin “Yuventus”unu məğlub edərək kubokun sahibi olmuşdu.