RU

Türkiyəli iş adamı baş məşqçini istefaya göndərdi

Türkiyali iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" baş məşqçi Liam Roseniorla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Çempionşip təmsilçisi 39 yaşlı mütəxəssislə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Liam Rosenior 2022-ci ilin noyabr ayından "Hall Siti"ni çalışdırırdı. Komanda mövsümü 70 xalla 7-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
50
sportinfo.az

10Источники