RU

İstanbulda şagird tərəfindən güllələnən məktəb direktoru dünyasını dəyişdi

İstanbulun Eyüpsultan rayonunda əcnəbi şagird tərəfindən güllələnərək ağır yaralanan özəl lisey direktoru müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Alibeyköy məhəlləsi Beste küçəsində yerləşən özəl liseydə oxuyan əcnəbi şagird məktəbdən qovulmasına görə "günahlandırdığı" 74 yaşlı məktəb direktoru İbrahim Oktuğana  silahla atəş açıb.

Otağında silahlı hücum nəticəsində ağır yaralanan Oktuğan aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisədən sonra qaçan şübhəli şagird polis  tərəfindən yaxalanıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
qaziler.az

1Источники