Belarusda qeyri-strateji nüvə silahı daşıyıcılarının yoxlanılmasına başlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Belarus Respublikası Prezidentinin tapşırığına əsasən, silahlı qüvvələrdə qeyri-strateji nüvə silahı daşıyıcılarına qəfil yoxlama aparılır”, - məlumatda deyilir.
Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, “İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrinin eskadrilyası qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırdır. /modern.az/