Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət edilməyib.
Bu barədə məlumatı N.Paşinyan bugünkü mətbuat konfransında açıqlayıb.
O, dəvət edilmədiyindən tədbirdə iştirak etmədiyini bildirib: “Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan inauqurasiya mərasimində iştirakla bağlı dəvət almışdım, lakin Rusiya Prezidentindən belə bir dəvət gəlməyib”.
Paşinyan qeyd edib ki, dəvət edilsəydi belə, mətbuat konfransı daha vacib olduğundan tədbirə gedə bilməyəcəkdi: “Biz çox vacib məsələləri müzakirə edirik, ümid edirəm siz də belə düşünürsünüz”.
Xatırladaq ki, bu gün V.Putinin andiçmə mərasimi baş tutub.
Mənbə: qafqazinfo.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az