“Bu gün mətbuat köşklərinin hamısı minimarket olub”.
“Cebhe.info” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında deyib. Deputat qeyd edib ki, mətbuat köşklərinin heç biri aidiyyəti üzrə işləmir: “Xüsusilə də bu köşklərdə siqaret satışı ilə məşğul olurlar. Bu məsələ tənzimlənməli və köşklər aidiyyəti üzrə fəaliyyət göstərməlidir”.