RU

Aİ-nin Moskvadakı səfiri Putinin andiçmə mərasiminə qatılacaq?- “Reuters” açıqladı

Avropa İttifaqının Rusiyadakı səfiri ölkə prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Aİ-nin xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stanoya istinadən yazıb.

O, Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin də öz nümayəndələrini göndərməkdən imtina etdiyini bildirib: “Səfirimiz və Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti iştirak etməyəcək”.

Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq. Andiçmə mərasimi bir saat davam edəcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azpost.info

1Источники