Bu yay Çempionlar Liqasında iştirak edəcək «Qarabağ» daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Azərbaycan çempionu Kevin Medina ilə kontraktın müddətini uzadıb. Kolumbiyalı legioner qarşıdakı 3 ili (2+1) «köhlən atlılar»ın düşərgəsində keçirəcək. Cənubi amerikalı müdafiəçinin
2020-ci ildən ölkəmizdə çıxış eləməsini xatırladaq.
«Qarabağ» daha əvvəl Bəhlul Mustafazadə və Nəriman Axundzadə ilə sözləşməsini yeniləyib. Müdafiəçi Mutafazadə 3, hücumçu Axundzadə 4 illik kontrakta imza atıb.
SPORTİNFO.AZ