Türkiyənin “ATV” kanalında yayımlanan “Kuruluş Osman” serialının yeni mövsümü ilə bağlı qərar verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 6-cı sezonu da çəkiləcək serialda Burak Özçivitin yer alıb-almayacağı dəqiqləşib.
“Osman” obrazına həyat verən aktyor layihədə rol almağa davam edəcək. Serialın 5-ci mövsümü isə, 12 iyunda tamamlanacaq.
Qeyd edək ki, ekran işində Özge Törer, Emre Bey, Leya Kırşan kimi simalar da rol alır.