19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.