Bakı. Trend:
Güləş üzrə Azərbaycan hakimləri növbəti uğura imza atıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Rumıniyada keçirilən imtahanlarınyekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalqkateqoriyaya sahib çıxıb.
Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakimstatusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalıhakimlərimizin sayı 25-ə çatıb.
Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, IIIdərəcəli 7 güləş hakimimiz var.