RU

Goranboyda inzibati binadan oğurluq edən şəxs saxlanıldı

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Избранный
140
16
bakivaxti.az

10Источники