Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. Bildirilir ki, iki dövlətin ekspert qruplarının işi davam edir.