Azərbaycan Mərkəzi Bankı Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə üzv olmaq üçün müraciət edib.Adalet.az bu barədə AMB-yə istinadən xəbər verir.Bildirilib ki, beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə bu sahədə əsas beynəlxalq qurum hesab olunan Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS – 10 Network of Central Banks and Regulators for Greening Financial System) üzvlüklə bağlı müraciət edilib. Hazırda üzvlük prosesi ilə bağlı müzakirələr davam etdirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта