Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
Yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstanla qarşılaşacaq. Bu barədə AFFA rəsmi məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək. / Publika.az
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта