Bakı şəhəri dünyanın "İdman Paytaxtı” seçilib. Yeniavaz.comxəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilir ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. “Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib”, - məlumatda deyilir. Qeyd olunub ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.