Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-yə işgüzar səfərə gedəcək. Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Xaçaturyanın Kaliforniyaya səfəri mayın 11-dək davam edəcək. O, mayın 6-dan mayın 11-dək Kaliforniyada olacaq.