Kərim Benzema sabiq klubu “Real”ın bazasına qayıdıb.
Bu məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Bir müddət əvvəl ağır zədə alan “Əl-İttihad”ın fransalı hücumçusu müayinə üçün Madridə yollanıb. “Real” keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək. “Əl-İttihad” rəhbərliyi bu addımına görə “Real”a rəsmi şəkildə təşəkkür edib.
Benzemanın gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir. Qeyd edək ki, 2023-cü ilin iyulunda “Əl-İttihad”a keçən Benzemanın klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта