RU

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb 

Uzman cərrah, uroloq-androloq Tural Balayev Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının Urologiya şöbəsində fəaliyyətə başlayıb.
 
Bu məlumat Aztibb.az-a Sumqayıt Tibb Mərkəzindən verilib.
 
Bildirilib ki, T.Balayev 1993-cü ildə Bakı şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2016-2018-ci illərdə rezidentura keçib.
2018-2023-cü illərdə Türkiyənin "Hacettepe" Universitetində Urologiya-andrologiya üzrə uzmanlıq təhsili alıb.
 
O, Bakı və Ankarada müxtəlif özəl tibb müəssisələrində uroloq-androloq işləyib.
 
Bu illər ərzində müxtəlif elmi konfranslarda çıxışlar edib, Türkiyədə çoxsaylı tədbirlərə qatılıb və sertifikatlar əldə edib.
Избранный
39
1
aztibb.az

2Источники