![Alman](https://azertag.az/files/2024/2/1200x630/1714997234301253083_1200x630.jpg)
Bakı, 6 may, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mayın 8-də “Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanı üçün bəzi sual nümunələrinin izahı” mövzusunda növbəti vebinar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksinin alman dili müəllimi Qırçın Mehdiyeva çıxış edəcək.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.