RU

Soçidə “hava döyüşü”: “Rədd ol, Ermənistana get!”

Rusiyanın Soçi şəhərində "hava döyüşü" olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, binada yanbayan yaşayan iki qonşu elə balkondaca bir-biri ilə dalaşıb. Dava zamanı qonşular bir-birilərini söyüblər və məişət əşyaları ilə vurmağa çalışıblar.

Qonşulardan biri digərinə israrla "Ermənistana rədd olub getməyi" tövsiyə edib.

"Rədd ol, Ermənistana get!" - deyə o, qonşusunu döşəməsilənlə vuraraq qışqırıb.

Qonşular bir-birinə qarşı "silah" olaraq döşəməsilən, zibil qabı, xəkəndaz və həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Sonda kimin "qələbə" qazandığı isə məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
64
4
milli.az

5Источники