Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfər edəcək.BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. Onun sözlərinə görə, Qırğızıstan prezidenti mayın 8-də Avrasiya İqtisadi İttifaqının sammitində, mayın 9-da isə Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək.