Yük gəmisinin xarab olması səbəbindən İstanbul boğazı bağlanıb.
Hazırda qəzanın səbəbləri müəyyən edilir, gəmidə operativ təmir işləri aparılır. “64 metrlik “Brabus” [Kamerun bayraqlı] yük gəmisi Trabzondan Bandırma istiqamətində hərəkət edərkən İstanbul boğazının şimal girişi yaxınlığında sükan çarxında nasazlıq baş verib.
Boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, – Türkiyə Sahil Təhlükəsizlik Müdirliyi xəbər verir.
//Samir Qurbanov, Editor.az