Türkiyənin Ədirnə şəhərində qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərdən 4-nün FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
"Sərhədlərimizin təhlükəsizliyi üçün qanunsuz miqrasiyaya qarşı mübarizəmiz davam edir” - deyə nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə