“Adana Dəmirspor” klubunun azərbaycanlı qapıçısı Şahruddin Məhəmmədəliyev Superliqanın 35-ci turunda “İstanbulspor”a qarşı keçirilən görüşdəki (1:0) performansı ilə ən yüksək reytinq qazanıb.
Sportinfo.az xəbər verir ki, “Sofascore” portalı 5 seyv edən Azərbaycan millisinin qolkiperinə 8,7 xal verib.
Bu isə “Adana Demirspor” oyunçuları arasında ən yaxşı göstəricidir.
Məhəmmədəliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.