RU

Paşinyan Putinin andiçmə mərasiminə gəlməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Ermənistanın baş nazirinin Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala o, mənfi cavab verib.

Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq. Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 100 faizi işləndikdən sonra Putin 87,28 faiz səs toplayıb.

Избранный
24
operativmm.az

1Источники