Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin qardaşı Taleh Əkbərov dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.
Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.