Moskva, 6 may, AZƏRTAC
Rusiyanın Belqorod vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 6 dinc sakin həlak olub, 35 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Belqorodun Borisov rayonunda Ukrayna Silahlı Qüvvələri “Aqro-Beloqorye” şirkəti qrupunun donuzçuluq kompleksi əməkdaşlarını daşıyan maşınına PUA vasitəsilə hücum ediblər. Nəticədə 7 dinc sakin həlak olub, 35 nəfər zərər çəkib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva