Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşdü
Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb. Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. “Mina partlaması nəticəsində yaralanan əsgər var, ilkin məlumatlara görə, onun həyatı təhlükədə deyil”, - Torosyan bildirib. Bildirilib ki, yaralı İcevan tibb məntəqəsinə köçürülüb, daha sonra isə yəqin ki, İrəvana köçürüləcək. Qeyd edək ki, bu, son günlər Tavuşda minatəmizləmə əməliyyatları zamanı baş verən ikinci partlayışdır.