Tavuşun Kirants kəndi yaxınlığında erməni əsgəri mina düşüb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Sputnik Ermənistan”a Ermənistan Müdafiə Nazirliyindən təsdiqləyiblər .
“Hərbçi mina partlaması nəticəsində yaralanıb”, - deyə Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan bildirib.
Bir müddət əvvəl Tavuş rayonunun Kirants kəndinin sakinlərindən biri “Sputnik Ermənistan”a məlumat vermişdi ki, mina təmizləmə işləri zamanı istehkamçı minaya düşüb.