Ötən axşam Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy mərasimi baş tutub.
Yenisabah.az xəbər verir ki, o, Ənvər adlı bəylə ailə qurub.
Məclis şəhər restoranlarından birində keçirilib. Toya şou-biznes nümayəndələri dəvət edilib.
Gecədə qızını zala Ə.Şükürov gətirib. O, övladı üçün mahnı oxuyaraq, onunla rəqs edib.
Məclisdən görüntülər sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.
Telegram kanalımız