RU

AİB COP29-a hazırlıq üçün Azərbaycana texniki yardım paketini təsdiqləyib

Asiya İnkişaf Bankı (AİB) COP29-a hazırlıq məqsədilə Azərbaycana texniki yardım paketini təsdiqləyib.

Bunu AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illik toplantısı çərçivəsində “Trend”ə özəl müsahibəsində deyib.

O qeyd edib ki, bu il AİB və Azərbaycan üçün xüsusi ildir, çünki bu il Azərbaycanın 1999-cu ildə Asiya İnkişaf Bankına daxil olmasının 25 illiyi tamam olur:

"Bundan əlavə, bu il biz 2024-cü ildən 2028-ci ilə qədər növbəti beş ili əhatə edəcək və AİB ilə Azərbaycan arasında əməkdaşlıq sahələrini müəyyənləşdirəcək yeni ölkə tərəfdaşlığı strategiyamızı hazırlayırıq. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsindən çox məmnunuq. Bu barədə ötən ilin dekabrında elan veriləndə AİB prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib və Azərbaycan hökumətinə AİB dəstəyini təklif edib".

AİB-in baş direktoru xatırladıb ki, təxminən üç həftə əvvəl AİB-in iqlim dəyişikliyi məsələləri ilə məşğul olan həmkarları ilə birlikdə bu sahədə mümkün əməkdaşlığın konkret sahələrini müzakirə etmək üçün Bakıya səfər etmək imkanı əldə edib.

Избранный
51
vergiler.az

1Источники